Ukraynada son sutkada yüzlərlə işğalçı MƏHV EDİLDİ - FOTO

 10:32 02.02.2023     283

Son sutkada ukraynalı müdafiəçilər 610 işğalçını məhv ediblər.

Redaktor.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, genişmiqyaslı işğalın əvvəlindən düşmənin ümumi itkiləri 129 min 30 işğalçı təşkil edib.

Rusiyanın Ukraynaya qarşı müharibədə texnologiya itkiləri:

Tank - 3211 (+2), zirehli döyüş maşınları - 6382, artilleriya sistemləri - 2212 (+5), reaktiv yaylım atəşi sistemi - 458, hava hücumundan müdafiə sistemləri - 222 (+1), təyyarə - 293, helikopter - 284, PUA- 195, qanadlı raketlər - 796, gəmi - 18, avtomobil avadanlığı və tankerlər - 5064 (+3), xüsusi avadanlıq - 200.

Rus işğalçıları Limanski, Baxmutski, Avdeyevski və Novopavlovski istiqamətlərində Ukrayna mövqelərinə basqın etmək cəhdlərini davam etdirirlər. 

Ötən sutka ərzində rus işğalçıları Donetsk vilayətinin mülki infrastrukturuna çoxsaylı zərbələr endiriblər.

Tunar Altunbay