Zelenskinin bu ölkədə nəhəng heykəli qoyuldu

 11:02 02.02.2023     294

Estoniyanın Tirva şəhərində Ukrayna prezidenti Volodimir Zelenskinin qumdan nəhəng heykəli qoyulub.

Redaktor.az xəbər verir ki, bu barədə Estoniyanın baş naziri Kaja Kallas İnstaqram səhifəsində yazb. Onu sözlərinə görə, heykəl Azadlıq Parkında yerləşir.

Kallas qeyd edib ki, şəhər sakinləri parkı ötən ilin iyununda açıblar və söz veriblər ki, Ukrayna müharibədə qalib gələnə qədər heykəl orada dayanacaq.

"Estoniyalıların Ukraynaya dəstəyi sarsılmazdır - ölkəmizin hər yerində bunun əlamətləri var. Tırvada yerli sakinlər Ukraynaya həsr olunmuş Azadlıq Parkı yaradıblar. Bu parkda prezident Zelenskinin monumental qum heykəli var. Onlar Ukrayna Rusiyaya qalib gələnə qədər onu orada saxlamağa qərarlıdırlar",- Baş nazir yazıb.

Tunar Altunbay