Kadırov qardaşı oğlunu baş nazirin müavini təyin etdi

 14:05 02.02.2023     417

Çeçenistan rəhbərinin qardaşı oğlu Həmzət Kadırov hökumətin baş nazirinin müavini, respublikanın əmlak və torpaq münasibətləri naziri təyin edilib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə regionun rəhbəri Ramzan Kadırov məlumat verib.

"Çeçenistan hökumətinin iclasında yeni baş nazirinin müavini, əmlak və torpaq münasibətləri naziri Həmzət Kadırovu Nazirlər Kabinetinin üzvlərinə təqdim etdik. Həmzət istedadlı və icraçı rəhbərdir. O, dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında əvvəlki vəzifələrdə yüksək nəticələr əldə etməklə bunu həmişə sübut edib”, - Kadırov "Telegram" kanalında yazıb.

Həmzət Kadırov 2017-ci ildə Çeçenistan Dövlət Universitetinin dövlət idarəçiliyi fakültəsini bitirib. O, regionda rəhbər vəzifələrdə, o cümlədən Çeçenistan rəhbərinin köməkçisi, Kurçaloyevski bələdiyyə dairəsi administrasiyasının rəhbəri, Çeçenistanın bədən tərbiyəsi və idman naziri, Çeçenistan katibliyinin rəhbəri vəzifələrində çalışıb.

Həmidə İbrahimova