İranın BMT-dəki nümayəndəsi İsraili HƏDƏLƏDİ

 14:23 02.02.2023     364

İranın Müdafiə Nazirliyinin İsfahandakı obyektinə hücuma görə İsrailə cavab vermək hüququ var.

Redaktor.az
 TASS-a istinadla bildirir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani bildirib.

Bundan əvvəl İrəvani BMT Təhlükəsizlik Şurasının sədrinə yazdığı məktubda İrandakı hərbi obyektə hücumun əsas məsuliyyətinin Təl-Əvivin üzərinə düşdüyünü qeyd edib.

"İran İslam Respublikası beynəlxalq norma və BMT Nizamnaməsi əsasında milli təhlükəsizliyi qorumaq və İsrailin istənilən təhdid və ya pis davranışına lazım bildiyi vaxt və yerdə qətiyyətlə cavab vermək hüququnu özündə saxlayır", - diplomat bildirib.

Qeyd edək ki, yanvarın 29-na keçən gecə İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhərində güclü partlayış baş verib. İran Müdafiə Nazirliyi partlayıcı yüklənmiş dronlardan istifadə etməklə hərbi obyektlərdən birinə uğursuz hücum cəhdi barədə məlumat yayıb.


Məlimata görə, pilotsuz təyyarələrdən biri vurulub, digər ikisi müdafiə tələsinə düşüb və partlayıb. İran KİV-i bu hücumda ABŞ və İsrailin əli ola biləcəyi barədə məlumat yayıb.

Tunar Altunbay