Putin Volqoqrada gedib
Rusiya Prezidenti Vladimir Putin fevralın 2-də Qırmızı Ordunun Stalinqrad döyüşündəki qələbəsinin 80-ci ildönümünün qeyd olunduğu Volqoqrada gedib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, burada dövlət başçısı cümə axşamı günü anım tədbirlərində iştirak edəcək. Xüsusilə, o, Mamayev Kurqan üzərindəki Hərbi Şöhrət Zalındakı Əbədi məşəl önünə əklil qoyacaq, qala-konsertdə çıxış edəcək, daha sonra ictimai vətənpərvərlik və gənclər təşkilatlarının nümayəndələri ilə görüşəcək.
Bundan əlavə, Putinin Volqoqrad vilayətinin rəhbəri Andrey Boçarovla ayrıca işgüzar görüşü də nəzərdə tutulub.
Qeyd edək ki, Stalinqrad döyüşündəki qələbə Böyük Vətən müharibəsinin gedişində dönüş nöqtəsi olub.
T.İSMAYIL