Polşanın baş naziri Putinlə dialoqu dayandırmağa çağırdı

 17:19 02.02.2023     432

Qərb liderləri Rusiya Prezidenti Vladimir Putinlə bütün ünsiyyəti dayandırmalıdırlar.

Redaktor.az "Komsomolskaya pravda"ya istinadla xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.

“Mən hesab edirəm ki, Putinlə danışmaq düzgün deyil. Putin əslində belə söhbətlərlə öz məqsədlərinə çatır, çünki o, bütün dünyaya və öz xalqına göstərir: baxın, mənə böyük tələbat var, hamı mənimlə danışmaq istəyir, hər şey məndən asılıdır”, - baş nazir “Bild” nəşrinə müsahibəsində bildirib.

Turan İSMAYIL