"Rusiyanın dünyada çoxlu dostları var" - Putin

 18:50 02.02.2023     350

Qərbyönlü təbliğatın səylərinə baxmayaraq, Rusiyanın dünyada çoxlu dostları var.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

“Biz bilirik ki, Qərb elitasının rəsmi, mahiyyətcə korrupsioner təbliğatının bizə xoş olmayan cəhdlərinə baxmayaraq, bizim çoxlu dostlarımız var və bütün dünyada, o cümlədən Amerika, Şimali Amerika və Avropada”, - deyə Rusiya prezidenti bu gün Stalinqrad döyüşündəki qələbənin 80-ci ildönümünə həsr olunmuş qala-konsertdə bildirib.

Turan İSMAYIL