Peskovdan rəsmilərin xaricə getməsinə qadağa qoyulması barədə AÇIQLAMA
"Rusiya hakimiyyəti məmurların xaricə məzuniyyətə çıxmasının məhdudlaşdırılması ilə bağlı qərar qəbul etməyib və belə bir ehtimal Kremldə müzakirə olunmur".
Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən deyib:
“Hazırda bu məsələ ilə bağlı heç bir qərar, göstəriş yoxdur".
Belə bir ehtimalın hazırda işlənib-hazırlanmaması ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq, Kreml sözçüsü belə izah edib:
“Ən azından, Prezident administrasiyasında bu, müzakirə olunmur”.
Eyni zamanda o, “parlamentdə çoxlu təşəbbüslərin, çoxlu müzakirələrin meydana çıxmasına” diqqət çəkib. "Və bunun necə bitəcəyini proqnozlaşdıra bilmərəm. Amma hələlik bununla bağlı heç bir təlimat yoxdur. Hər kəs indi nəyin məqsədəuyğun, nəyin məqsədəuyğun olmadığı barədə öz anlayışını rəhbər tutur", - Peskov fikrini yekunlaşdırıb.
Tunar Altunbay