“Serbiya Rusiyaya görə Qərbdə müttəfiqsiz qalıb” - Vuçiç

 21:46 02.02.2023     391

"Serbiya anti-Rusiya sanksiyaları siyasətindən əsaslı şəkildə imtina etdiyi üçün Qərbdə müttəfiqsiz qalıb”.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Milli Assambleyanın (birpalatalı parlament) iclasında çıxışı zamanı deyib.

“Müasir dünyada təkbaşına hərəkət etmək olmaz. Ən ağır itkilərimiz və müharibələrimiz olanda bizim müttəfiqlərimiz var idi. Serbiyanın məsuliyyətli və dürüst mövqeyini əldə əsas tutaraq Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməməsi səbəbindən bu gün Ukraynada gedən müharibəyə görə heç kim bizi müttəfiq kimi qəbul etməzdi”, - o vurğulayıb.

A.Vuçiç qeyd edib ki, Serbiya Ukraynadakı hadisələri obyektiv qiymətləndirməyə qadirdir.

Tunar Altunbay