Ukraynada daha 840 işğalçı, 1 qırıcı MƏHV EDİLDİ

 11:19 03.02.2023     335

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 129870 (+ 840) nəfər canlı qüvvəsi, 3215 (+4) tank, 6388 (+6) ədəd zirehli döyüş maşını, 2215 (+3) ədəd artileriya sistemi, 460 (+2) reaktiv yaylım atəşi sistemi, 222 (+0) hava hücumundan müdafiə sistemi, 294 (+1) təyyarə, 284 (+0) helikopter, 1952 (+4) PUA, 796 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5068 (+4) avtomobil texnikası və avtosistern, 202 (+2) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2