"Avropanın qətiyyətinin nə qədər güclü olacağını bilmirdim" - Aİ rəsmisindən ETİRAF

 11:36 03.02.2023     289

Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Cozep Borrell Ukrayna ilə bağlı etiraf edib.

Redaktor.az xəbər verir ki, Borrell özü bu barədə bu gün dərc olunan "DerStandard" qəzetinidə yazıb.

Siyasətçi 2022-ci ilin yanvarında Donbasa səfər edib. Kiyevə qayıdarkən yolda Ukraynanın baş naziri Denis Şmıqal ona deyib ki, “işğal gəlir və biz bilirik ki, siz bizim tərəfdə döyüşməyə gəlməyəcəksiniz”.

Borrell yazır ki, bu ifadədən sonra Ukraynanın baş naziri Avropa İttifaqının bu halda Kiyevə “müdafiə üçün lazım olan silahları” verməyə hazır olub-olmadığını “sual etməyə tələsdi”. "Düzünü desəm, necə cavab verəcəyimi bilmirdim, çünki Avropanın qətiyyətinin nə qədər güclü olacağını bilmirdim. Amma bu gün cavabı asanlıqla tapa bilərəm", - Aİ diplomatiyasının rəhbəri bildirib.

Borrelin sözlərinə görə, Avropa İttifaqı tərəfindən Ukraynaya hərbi, humanitar və makromaliyyə dəstəyinin ümumi həcmi 50 milyard avro təşkil edib. Eyni zamanda, 12 milyard avro hərbi yardımın payına düşür.

Turan İSMAYIL