Putin parlamentdəki fraksiya rəhbərləri ilə görüşəcək

 14:18 03.02.2023     291

Kreml Rusiya Prezidenti Vladimir Putinlə parlament fraksiyalarının rəhbərləri arasında görüşlər hazırlayır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə bildirib.

"Hazırda fraksiya rəhbərləri ilə ayrı-ayrılıqda görüşlər hazırlanır. Bu görüşlər keçirildikcə sizə məlumat verəcəyik", - deyə o, belə bir tədbirin vaxtının müəyyən edilib-edilməməsi və toplantının ümumi xarakter daşıyacağı ilə bağlı sualı cavablandırıb.

Putin sonuncu dəfə ötən ilin iyulunda fraksiya liderləri ilə görüş keçirib. Daha sonra gündəliyə Ukraynada aparılan müharibənin, iqtisadi sabitliyin qorunması və Dövlət Dumasının yaz sessiyasının işinin yekunlaşdırılması məsələləri daxil edilib.

Turan İSMAYIL