Ruslar Xersonda Ukrayna qırıcısını vurdu

 16:09 03.02.2023     336

Rusiya Aerokosmik Qüvvələrinin (VKS) aviasiyası Xerson vilayətində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə günü Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.

“Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri Xerson vilayətinin Çervonoarmeyskoye kəndi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub" - o, bildirib.

Turan İSMAYIL