ABŞ Türkiyədən Rusiyaya mal ixracını dayandırmağı tələb etdi - Bloomberg

 18:28 03.02.2023     376

ABŞ Türkiyə ilə danışıqlar zamanı Ankaradan Rusiyaya mal ixracını dayandırmağı tələb edib, çünki o, Moskvaya "xüsusi hərbi əməliyyat" keçirməyə kömək edir.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, terrorla mübarizə və maliyyə kəşfiyyatına nəzarət edən ABŞ maliyyə nazirinin müavini Brayan Nelson Türkiyə rəsmiləri ilə danışıqlar aparıb və bu danışıqlar zamanı o, sanksiya tətbiq edilən on milyonlarla dollar dəyərində malların və onların bəzilərinin Rusiya Federasiyası Müdafiə Nazirliyinin maraqları üçün istifadə edilə biləcəyini deyib.

Bloomberg qeyd edir ki, yaxın həftələrdə ABŞ və Avropa rəsmiləri bu məsələni müzakirə etmək üçün yenidən Türkiyəyə səfər etmək niyyətindədirlər.

Turan İSMAYIL