Sunak Ukraynaya qırıcıların verilməsini istisna etmir
Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynaya döyüş təyyarələrinin verilməsini istisna etməyib.
Redaktor.az xəbər verir ki, bu barədə o, "TalkTV"yə müsahibəsində deyib.
Sunak qeyd edib ki, qırıcıların verilməsini araşdırmaq üçün aylar, illər lazımdır.
“Biz həmişə ukraynalı həmkarlarımızla onlara lazımi şəkildə dəstək verməklə bağlı dialoqdayıq”, - baş nazir bildirib.
Sunak əlavə edib ki, Böyük Britaniya Ukraynaya ağır tanklar verən ilk Qərb ölkələrindən biridir.