ABŞ üzərindən uçan böyük şarın nə olduğu bilindi
ABŞ üzərində səmada qeydə alınan naməlum uçan obyekt, nəzarəti itirmiş Çin meteoroloji zondudur.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Çin Xarici İşlər Nazirliyinin sözçüsü məlumat verib.
“Şar Çindən gəlib, onun təyinatı mülki xarakter daşıyır, xüsusən də zond meteoroloji tədqiqatlar üçün istifadə olunur. Güclü qərb küləyi səbəbindən şar idarəetməni itirib və təyin olunmuş kursdan çıxıb”, - Çin Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.
XİN həmçinin fövqəladə vəziyyətin meteoroloji tədqiqatın ABŞ hava məkanına çatmasına səbəb olmasından təəssüfləndiyini bildirib və Çinin vəziyyətin həlli üçün ABŞ səlahiyyətliləri ilə əlaqə saxlamağa hazır olduğunu deyib.
Onu da bildirək ki, ABŞ dövlət katibi Entoni Blinkenin gələn həftə Çinə planlaşdırılan səfəri “casus şarı”na görə təxirə salınacaq.
Tunar Altunbay