İsrail Ukraynaya silah verməyə hazırdır
İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronla danışıqlar zamanı ölkəsinin Ukraynaya hərbi texnika verməyə hazır olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Times of Israel" nəşri məlumat yayıb.
Nəşr əlavə edir ki, Netanyahu Makronla söhbətində İsrailin Rusiyanı təxribata çəkməmək üçün “çox dərinə getməmək” niyyətində olduğunu bildirib.
İsrail baş nazirinin ofisi məlumatı şərh etməkdən imtina edib.