Türk Hava Yollarının 238 reysi ləğv olundu
Türk Hava Yolları (THY) İstanbul hava limanından 5-6 fevral tarixlərində gerçəkləşdiriləcək ümumilikdə 238 reysi ləğv edib.
Redaktor.az "Haber Global"a istinadla bildirir ki, bununla bağlı THY-nin mətbuat xidməti açıqlama verib.
Məlumata görə, bu qərar İstanbulda gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar verilib.
Əlverişsiz hava şəraiti səbəbindən İstanbuldan gediş-gəliş istiqamətində ümumilikdə 238 uçuşun ləğv edildiyi açıqlanıb.
“Onlardan 72-si daxili, 166-sı beynəlxalq reyslərdir. Ləğv edilən uçuşların sayının artacağı ehtimal olunur. Qonaqlarımız uçuş sorğu ekranlarımıza uçuş nömrələrini və izləmə məlumatlarını daxil edərək öz səfərləri ilə bağlı yeni məlumatları əldə edə bilərlər”, - deyə mətbuat xidmətindən bildirilib.
Tunar Altunbay