Rusiyanın Ukraynadakı son itkiləri AÇIQLANDI

 14:21 04.02.2023     434

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 130590 (+720) nəfər canlı qüvvəsi, 3218 (+3) tank, 6394 (+6) ədəd zirehli döyüş maşını, 2220 (+5) ədəd artileriya sistemi, 460 (+0) reaktiv yaylım atəşi sistemi, 222 (+0) hava hücumundan müdafiə sistemi, 294 (+0) təyyarə, 284 (+0) helikopter, 1956 (+4) PUA, 796 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5081 (+13) avtomobil texnikası və avtosistern, 203 (+1) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2