Braziliya Türkiyəyə satdığı aviadaşıyını batırdı - VİDEO
Braziliya Hərbi Dəniz Qüvvələri istismardan çıxarılan və Atlantik okeanında dreyfləyən “San Paulu” aviadaşıyıcını batırıb.
Redaktor.az xəbər verir ki, bu, Braziliyada yeganə aviadaşıyıcı gəmi olub.
Qərar Braziliya hakimiyyətinin gəminin ölkənin daxili sularına daxil olaraq saya oturma təhlükəsinə qarşı verilib. Aviadaşıyıcının sahildən 350 kilometr aralıda, təxminən beş min metr dərinliyə batırıldığı bildirilib. Bu yer gəmiçilik, balıqçılıq, ətraf mühit və ekosistemlər üçün təhlükəsizlik nəzərə alınmaqla seçilib.
Qeyd olunur ki, “San Paulu” istismardan çıxarıldıqdan sonra 2021-ci ildə Türkiyənin “Sok” şirkətinə satılıb. Sövdələşmə 1,9 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yayında gəmi sökülmək üçün Türkiyəyə aparılsa da, yerli hakimiyyət parklanma icazəsini geri götürüb. Nəticədə aviadaşıyıcı Braziliyaya qayıdıb, lakin bir neçə ay ölkənin ərazi sularında qalıb.