“14 mayda bay Kamal bay-bay Kamal olacaq!” - Ərdoğan

 17:59 04.02.2023     365

Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 4-də Türkiyənin Aydın bölgəsində keçirilən kütləvi açılış mərasimində çıxış edib.

Redaktor.az xəbər verir ki, Ərdoğanın çıxışı bir sıra diqqət çəkən məqamlarla yadda qalıb.

Prezident müxalifətə bəzi mesajlar ünvanlayıb.

O, müxalifətin birləşdiyi “6-lı masa”nı nəzərdə tutaraq deyib ki, “hazırladıqları proqrama görə “Avropa bizə afərin söyləyəcək” deyə öyünənlər, iplərinin imperialist müstəmləkəçilərin əlində olduğunu etiraf edirlər”.

“Millətə proqram kimi təqdim etdikləri mətndə yer alan vədlərin çoxu ya bizim tərəfimizdən son 20 ildə verilib, ya da artıq icra olunur”, - Ərdoğan deyib.

O bildirib ki, “6-lı masa”nın ortaq siyasətçiləri ağalarından təşəkkür almaq üçün Türkiyəni qarışdırmaq və köhnə dövrlərə qaytarmaq istəyirlər.

“Sizə meydan oxuyuram, 2023-cü il hədəflərinə mane ola bilməyəcəyiniz kimi, Türkiyənin ayağına da qandal vura və “Türk əsri”nin qurulmasının qarşısını ala bilməyəcəksiniz”.

Ərdoğan müxalifəti Adnan Menderesin xatirəsini ləkələməyə çalışmaqda suçlayıb.

O, əsas rəqibi olan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğluna da söz atlıb:

“Mayın 14-ü bay Kamalın bay-bay Kamal olacağı gündür”.