Uşaqlarla evlənən 2169 kişi həbs edildi 

 19:37 04.02.2023     244

Hindistanın şimal-şərqindəki Assam əyalətində yetkinlik yaşına çatmayan qızlarla evlənən 2169 kişi həbs edilib.

Redaktor.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Bildirilib ki, bəzi qadınlar kişilərin həbsinə qarşı çıxıb.

Qeyd edək ki, 1978-ci ildən Hindistan kişilərin 21, qadınların isə 18 yaşında evlənməsinə icazə verir.