Keçmiş baş nazirlər yenidən siyasətə QAYIDIR

 20:24 04.02.2023     304

Böyük Britaniyanın keçmiş Baş nazirləri Boris Conson və Liz Trass yenidən siyasətə qayıtmağı planlaşdırırlar.

Redaktor.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Qəzetin mənbələri bildirir ki, Trass yaxın vaxtlarda ölkədə vergi yükünün azaldılması, mal və xidmətlərin istehsalının dəstəklənməsi zərurətindən bəhs edən məqalə dərc etməyi və bununla da hazırkı Baş nazir Rişi Sunakla qiyabi mübahisəyə girməyi planlaşdırır. 

Keçmiş Baş nazir vəzifədə olarkən “daha ​​az vergi" siyasəti yürüdüb, Sunak isə bu siyasəti tənqid edib.

Xanım Trass 2024-cü ildəki seçkilərdə məğlub olacağı təqdirdə Sunakın istefa verəcəyini və bununla da Mühafizəkarlar partiyasına yenidən rəhbərlik edəcəyini gözləyir. 

Qəzetin yazdığına görə, Mühafizəkarlar partiyasının digər keçmiş rəhbəri Boris Conson da siyasətə qayıtmaq istəyir. O, Ukraynaya daha çox hərbi yardım və döyüş təyyarələri verilməsini dəstəkləyir.

Qeyd edək ki, bir çox rəy sorğuları növbəti seçkilərdə Mühafizəkarlar partiyasının məğlub olacağını göstərir.