Latviya-Belarus sərhədində hasar tikildi
2022-ci ilin avqustundan 2023-cü ilin yanvar ayının sonuna kimi Latviya-Belarus sərhədində 36,1 km uzunluğunda hasar tikilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Delfi" agentliyi məlumat yayıb.
Latviya Belarusla sərhəddə 149 kilometrlik hasarın tikintisini 2024-cü ildə tamamlamağı planlaşdırır.
Nəşr bildirir ki, artıq 82 km uzunluğunda olan sərhəd zonasında ağaclar kəsilib və tikinti davam edəcək.