Türkiyədə sərnişin avtobusu dərəyə aşdı - 30 nəfər xəsarət aldı

 23:20 04.02.2023     268

Türkiyədə qarlı hava ağır yol-nəqliyyat hadisəsinə səbəb olub.

Redaktor.az xəbər verir ki, Diyarbəkir-Şanlıurfa şosesində hərəkət edən avtobus yolun buzlamasına görə idarəetməni itirərək dərəyə aşıb.

Qəza nəticəsində 4-ü ağır olmaqla 30 sərnişin xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasetmə qüvvələri cəlb olunub.

Yaralılar xəstəxanaya aparılıb.

Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, 30 nəfər xəsarət alıb - FOTO