Ukraynaya ilk "Leopard"lar göndərildi

 09:20 05.02.2023     335

Kiyevə vəd edilən dörd ədəd “Leopard 2” tankından birincisi Kanadadan Ukraynaya göndərilib.

Redaktor.az xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand tviter səhifəsində yazıb.

O qeyd edib ki, texnika Kanada Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə Halifaksdan (Yeni Şotlandiya əyaləti) havaya qalxıb.

Kanada ordusunda 112 ədəd “Leopard” tankı var ki, onlardan 82-si döyüş maşını, qalanları isə təlim üçündür. Dörd döyüş tankını Ottava Kiyevə göndərəcək.