Şimali Osetiya rəhbəri Ukraynada güllələndi
Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasının başçısı Sergey Menyaylo işğal altında olan Ukrayna ərazilərinə gedib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, o, Ukraynanın Zaporojye vilayətində atəşə məruz qalıb.
Məlumata görə, TASS və "Birinci Kanal"ın jurnalistləri də S.Menyaylo ilə birgə olub. Onların vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur.