"Serbiya NATO-ya üzv olmaq istəmir" - Vuçiç

 09:50 05.02.2023     357

Serbiya Avropa İttifaqına üzvlük yolunda irəliləyir, lakin NATO-ya daxil olmaq istəmir.

Redaktor.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.

Onun sözlərinə görə, Serbiya hərbi neytrallığını qorumaq və gücləndirmək niyyətindədir. Vuçiç hesab edir ki, Avropaya inteqrasiya ilə Avro-Atlantik məkana inteqrasiyası arasında böyük fərq var.

Bundan əlavə, Serbiya Prezidenti hakimiyyətdə qalmaq naminə Kosovo məsələsində heç vaxt danışıqlara getməyəcəyini diqqətə çatdırıb.