Ruslar Ukraynada döyüşmək istəmir - 600 çağırışçı geri qayıtdı

 10:20 05.02.2023     417

Rusiyanın səfərbərliklə cəlb etdiyi hərbi çağırışçılar Ukraynadakı müharibədə döyüşməkdən yayınırlar.

Redaktor.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir. 

Bildirilib ki, döyüş əməliyyatlarında iştirakdan imtina edən hərbi qulluqçular cəbhədə qiyam və iğtişaşlar qaldırıb. Bundan sonra isə onların bir hissəsi Rusiya Federasiyası ərazisinə qaytarılıb.

"Fevralın 3-nə olan məlumata görə, bu kateqoriyadan olan 600 nəfərə qədər şəxs Luqansk vilayətindən Rusiya Federasiyasının ərazisinə qaytarılıb", - deyə məlumatda qeyd olunub.