Kimyəvi maddə daşıyan qatar aşdı
ABŞ-ın Ohayo ştatında təhlükəli kimyəvi maddələrin olduğu yük qatarı relsdən çıxıb və 24 saatdır yanır.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, qəzanın ilkin səbəbi məlum deyil.
Hadisə nəticəsində yaralanan və ya ölən yoxdur. Havada zərərli maddələrin konsentrasiyası normal olsa da, bir neçə kilometr radiusda yerli sakinlər təxliyə edilib.
24 saatdır ki, davam edən yanğın hələ də tam söndürülməyib.