Baş naziri hədələyən pilota cinayət işi açıldı

 13:25 05.02.2023     415

İsrail Hərbi Hava Qüvvələrinin istefada olan pilotu Zeev Bara cinayət işi açılıb.

Redaktor.az İsrail mətbuatına istinadən xəbər verir ki, o, baş nazir Benyamin Netanyahuya qarşı ölüm təhdidində şübhəli bilinir.

Onun sosial şəbəkədəki paylaşımında təhdid xarakterli ifadələr yer aldığı bildirilir.

İsrail polisi həm ənənəvi, həm də sosial mediada olan bu cür təhdidlərin araşdırılacağını açıqlayıb.

Barın daha sonra "ifadələri başqasından aldığını və buna görə də paylaşımını sildiyini" izah edərək, yazısına görə üzr istədiyi qeyd olunub.