Ukraynada daha bir nazirin istefası gözlənilir
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov postunu tərk edə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə "Ukrainskaya Pravda" nəşri Nazirlər Kabinetindəki mənbələrə istinadən yazıb.
Məlumata görə, Reznikovun getməsi ilə bağlı qərar gələn həftənin əvvəlində verilə bilər. Mənbələr əlavə edib ki, hazırda Reznikovun hansı vəzifəyə təyin olunması məsələsi müzakirə olunur və ədliyyə naziri postu variantlardan biri kimi nəzərdən keçirilir.
Hazırkı ədliyyə naziri Denis Malyusk isə Avropa ölkələrindən birinə səfir təyin oluna bilər.
Nəşr yazır ki, Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Reznikovun yerinə müdafiə naziri təyin ediləcək.
"O, kəşfiyyatdakı vəzifəsini tərk etmək istəmir, amma artıq onun yerinə kadr axtarılır", - deyə məlumatda qeyd olunub.