Odessada sakinlərin 40 faizi işıqsız qaldı
Ukraynanın Odessada vilayətində sakinlərin 40%-ə qədəri işıqsız qalıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıqal "Telegram" kanalında məlumat verib.
Baş nazirin sözlərinə görə, gecə ərzində 200 mindən çox abonentə və kritik infrastruktura elektrik enerjisinin veriişi bərpa edilib, qazanxanaların təxminən 90%-i işə salınıb.
Məlumata görə, Odessadakı yarımstansiyada baş verən qəzadan sonra təmir işləri davam edir. 8 saat işıqsız qalan evləri 2 saat elektrik enerjisi ilə təmin etməyə kifayət edəcək qədər enerji mövcuddur. Bu, bütün mövcud və xidmət edilə bilən avadanlıqların təmin edə biləcəyi maksimumdur.
Bildirilib ki, şəhərə generatorların gətirilməsindən sonra bu sahədə vəziyyət yaxşılaşacaq.