Bu il Britaniyaya 65 minə qədər miqrant qeyri-qanuni yolla gedə bilər

 18:17 05.02.2023     409

Bu il 65 min miqrant qeyri-qanuni yolla Böyük Britaniyaya gedə bilər ki, bu da 2022-ci ilin rekordundan 45% çoxdur.

Redaktor.az xəbər verir ki, bu barədə “The Sunday Times” yazıb.

Qeyd olunub ki, baş nazir Rişi Sunak hökuməti vəziyyəti nəzarət altına almaq üçün Avropa İnsan Haqları Məhkəməsindən çıxmaq da daxil olmaqla, kəskin tədbirlər görməyə hazırdır.