Səudiyyə Ərəbistanı Əfqanıstandakı səfirliyini bağladı
Səudiyyə Ərəbistanı səfirliyinin əməkdaşları Əfqanıstanı tərk edərək krallığın ərazisinə qayıdıblar.
Redaktor.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Həşt-e Sübh” qəzeti adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, fevralın 1-də Əfqanıstanın “Kam Air” aviaşirkəti Kabildən Ər-Riyada reys həyata keçirib, göyərtədə Səudiyyə Ərəbistanı diplomatik departamentinin nümayəndələri olub.
Diplomatik missiya əməkdaşlarının ölkədən getməsi Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatının tərəfdarlarının səfirlik əməkdaşlarına peşə vəzifələrini yerinə yetirməsini yasaqlamaq qərarına etiraz əlaməti ola bilər. Bundan başqa, diplomatik işçilər təhlükəsizlik məqsədilə təxliyə edilə bilərdi. Belə ki, mənbə bunu istisna etməyib. Səudiyyə tərəfi hələlik bu məlumatı şərh etməyib.