Çilidə meşə yanğınlarında azı 23 nəfər öldü

 20:30 05.02.2023     485

Çilidə ən azı 23 nəfər meşə yanğınlarının qurbanı olub.

Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Təbii fəlakətlə əlaqədar bir neçə bölgədə fövqəladə vəziyyət elan edilib. Yanğın Nyubl, Bio-Bio və Araucania ərazilərinə qədər uzanır.

Hava şəraitinin qeyri-sabit keçməsi ilə bağlı yanğını söndürmək çətinləşib.

İspaniya, ABŞ, Argentina, Ekvador, Braziliya və Venesuela Çilidəki yanğınlarla mübarizəyə kömək təklif edib.