Xameneyi bəzi etirazçıları əfv etməyə HAZIRLAŞIR
İranın ali lideri Ayətullah Əli Xameneyi on minlərlə məhbusu əfv etməyə razılıq verib.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin "İrna" dövlət informasiya agentliyi məlumat yayıb.
Bildirilir ki, əfv ediləcək məhbusların siyahısında hökumət əleyhinə etirazlar zamanı həbs edilmiş şəxslər də olacaq.
Məlumata görə, əfv sərəncamı İranda saxlanılan ikili vətəndaşların heç birinə şamil edilməyəcək. Həmçinin, sərəncam edam cəzası alanları da əhatə etməyəcək.
Ötən ilin sentyabr ayından başlayaraq İranda genişmiqyaslı etiraz aksiyaları keçirilir. Aksiyalarda 20 minə yaxın adam həbs edilib, 4 nəfər isə edam edilib. Təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı 70-i azyaşlı olmaqla 500-dən çox insanın öldürüldüyü bildirir.