Alp dağlarında uçqunlarda 8 nəfər öldü
Avstriyanın qərbində qar uçqunu ilə bağlı vəziyyət son dərəcə gərgin olaraq qalır. Belə ki, fevralın 3-dən bəri Tirol və Vorarlberqdə 8 nəfər qar uçqunu altında ölüb.
Redaktor.az xəbər verir ki, yalnız fevralın 5-də Tirolda beş ölü tapılıb. Şərqi Tirolda qartəmizləyən maşını qar aparıb, sürücü dünyasını dəyişib. Etstalda da dağıdıcı qar uçqunu baş verib.
Bundan başqa, digər ərazilərdə uçqun altında olan 3 nəfərin axtarışları davam etdirilsə də, onların hamısı yalnız ölü tapılıb. Fevralın 4-də Sankt-Anton-am-Arlberqdə iki nəfər qarın altında qalıb. Eyni hadisə Kaunerberqdə kurortda qeydə alınıb.
Fevralın 5-də Etstalda da uçqun olduğu bildirilib, bir kişi uçqun altında qalıb. Qış idmanı həvəskarı təcili yardıma baxmayaraq, günorta saatlarında dünyasını dəyişib.