Türkiyədə zəlzələdə ölənlərin sayı 29 605-ə yüksəldi - YENİLƏNİB

 19:03 12.02.2023     23101

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 29 605 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 327 nəfərə çatıb.

Redaktor.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca canlı yayımda məlumat verib.  

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 80 278 nəfər yaralanıb.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 21 848 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bunu Şanlıurfada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, 80 104 nəfər yaralı var.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 043 nəfərə çatıb.

Redaktor.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbakırda çıxışı zamanı məlumat verib.  

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 80 097 nəfər yaralanıb.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 20 318 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

91 511 nəfər yaralanıb.

***

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 875 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 79 717 nəfər yaralanıb.

***

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 991 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 75 523 nəfər yaralanıb.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində yaralananların sayı 74 242 nəfərdir.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 17 134-ə çatıb, 70 347 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Axtarış-xilasetmə tədbirləri davam edir.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 16 170 nəfərə çatıb. 

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Osmaniyədə çıxışında deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 64 194 nəfər yaralanıb. 

***

“Zəlzələ nəticəsində 14 014 nəfər həlak olub”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə çıxışında deyib.

O bildirib ki, 63 794 nəfər isə yaralanıb: “Axtarış-xilasetmə tədbirləri davam edir”.

***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 914 nəfər yaralanıb.

***

Türkiyədə zəlzələdə həlak olanların sayı 9057 nəfərdir.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, zəlzələ nəticəsində 52 979 nəfər xəsarət alıb, 6444 bina dağılıb.

***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 8574 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, təbii fəlakət zamanı 49 133 nəfər yaralanıb, 6444 bina dağılıb.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 6 957 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ nəticəsində xəsarət alanların sayı 38 224 nəfərdir.

***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6234 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 37 011 nəfər yaralanıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 5 775 bina dağılıb.

“Dağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. Bu işlərə faktiki olaraq 6 218 nəfər təyin edilib və işləyir. Axtarış və xilasetmə qruplarına təxminən 1500 əlavə şəxs cəlb ediləcək”.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

***

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 4 544-ə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 26 721 nəfər yaralanıb.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

***

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 22 168 nəfər yaralanıb.

***

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 419-a çatıb.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 20 534 nəfər yaralanıb.

***

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, zəlzələ nəticəsində 20 426 nəfər yaralanıb.

Təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

***

Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer  məlumat verib.

O, qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

***

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində ölənlərin sayı sayı 1762 nəfərdir.

Yaralı sayı isə 12 068 nəfər qeydə alınıb.

Dağılan binaların sayı 5606 olub.

***

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Təbii fəlakət nəticəsində 3471 bina dağılıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.

Türkiyə təbii fəlakətlə bağlı NATO və Avropa İttifaqı da daxil olmaqla 45 ölkədən yardım təklifləri alıb. Bir müddət öncə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələ bölgəsinə çatıb.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1541 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

Regionlara görə ölənlərin sayı aşağıdakı kimidir:

Kahramanmaraş - 234 nəfər

Hatay - 524 nəfər

Osmaniyə - 205 nəfər

Adıyaman - 20 nəfər

Diyarbəkir - 46 nəfər

Şanlıurfa - 30 nəfər

Qaziantep - 309 nəfər

Kilis - 13 nəfər

Adana - 58 nəfər

Malatya - 106 nəfər

Məlumata görə, zəlzələ zamanı 9733 nəfər yaralanıb, 3471 bina dağılıb.

Oktay qeyd edib ki, gün ərzində ümumilikdə 145 afterşok baş verib, onlardan 3-nün gücü 6 baldan yuxarı olub.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1498 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Məlumata görə, zəlzələ zamanı 8533 nəfər yaralanıb, 2834 bina dağılıb. Həlak olanların sayının artacağı istisna edilmir.

***

Türkiyədə baş vermiş zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Həmçinin bildirilib ki, zəlzələ zamanı 7634 nəfər isə yaralanıb.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Hazırda 7 003 nəfərin yaralandığı bildirilir.

***

Fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 bal gücündə zəlzələ baş verib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, son məlumata görə, 912 nəfər ölüb, daha 5385 nəfər yaralanıb. 

***

Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 2323 nəfər yaralanıb.

F.Oktay bildirib ki, 1710 nəfər dağıntılar altında qalıb.

***

Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.

Redaktor.az “Anadolu”ya istinadla xəbər verir ki, bu barədə şəhərin valisi Hulusi Şahin bildirib.

Onun sözlərinə görə, bölgədə 140 dağılmış bina var.

***

Türkiyədə güclü zəlzələ baş verib. 

Redaktor.az xəbər verir ki, zəlzələ Malatya, Qaziantep, Adana, Antalya, Şanlıurfa və digər şəhərlərdə müxtəlif dərəcədə hiss edilib. 

Malatyada 150-yə yaxın bina dağılıb, 3 ölü və xeyli sayda itkin var. Şanlıurfada zəlzələdən zərər çəkənlərin sayı daha çoxdur. İlkin məlumata görə, şəhərdə zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, ölkədə 4-cü dərəcəli həyəcan təbili elan edilib. Nazir hələ ki, dağıntı və tələfat barədə konkret rəqəm səsləndirməyib. 

Turan İSMAYIL