Türkiyədə zəlzələ neft kəmərlərinə də ziyan vurub? - "Botaş"dan AÇIQLAMA

 09:19 06.02.2023     226

Türkiyənin neft və qaz şirkəti "Botaş" dünən gecə baş verən zəlzələ nəticəsində Türkiyənin cənub-şərqindəki neft boru kəmərlərinin zədələnmədiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

"Neft kəmərlərimizə baxışın nəticələrinə görə, zəlzələ nəticəsində dağıntı aşkar edilməyib. Hatay, Qəhramanmaraş vilayətlərində ehtiyat tədbiri olaraq qazın verilişi müvəqqəti dayandırılıb. Hazırda təhlükəsiz rejimdə tədarükün bərpası istiqamətində işlər aparılır” - məlumatda bildirilir.

Turan İSMAYIL