Ərdoğandan zəlzələ açıqlaması
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qeydə alınan zəlzələ haqda açıqlama verib.
Redaktor.az-ın məlumatına görə, bu barədə dövlət başçısı öz tviter hesabında yazıb. O, ilk olaraq Kahramanmaraşda baş verən, digər şəhərlərdə də hiss edilən zəlzələ ilə bağlı vətəndaşlara “keçmiş olsun” mesajı verib.
Ərdoğan qeyd edib ki, zəlzələdən zərər görən bölgələrə axtarış-xilasetmə qüvvələri cəlb edilib:
“Bütün qurumlar işə sürətlə başlayıblar”.
Türkiyə lideri əlavə edib ki, xilasetmə işlərinə nəzarət edir.
“İnşallah, yaşadığımız bu fəlakətdən ən qısa vaxtda və az ziyanla keçməyi diləyirəm”, - deyə o bildirib.