Hatayda qaz kəməri partladı
Türkiyənin Hatay əyalətinin Kırıkhan rayonunun Topboğazı kəndində təbii qaz kəmərində partlayışdan sonra yanğın baş verib.
Redaktor.az İHA agentliyinə istinadən xəbər verir ki, bu barədə Topboğazı kəndi icra nümayəndəsi Bilal Alpdoğan bildirib.
Onun sözlərinə görə, Kahramaraşda baş verən 7,4 bal gücündən zəlzələ nəticəsində Topboğazı kəndindən 200 metr aralı yerləşən 3 kilometr uzunluğunda boru kəmərində iki fərqli nöqtədə partlayışın ardından yanğın olub.
Bildirilib ki, Türkiyənin BOTAŞ şirkətinin rəsmiləri hadisə yerinə gedib.