İsveç Türkiyəyə yardım təklif etdi

 10:49 06.02.2023     262

İsveç Türkiyəyə baş verən zəlzələ ilə bağlı yardım təklif edib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Tobias Billstorm tviter səhifəsində yazıb.

"Türkiyə Suriyada böyük insan tələfatı ilə müşayiət olunan və qorxunc nəticələr doğuran zəlzələdən böyük kədər yaşayırıq. İsveç bu fəlakətdə ölkələrə yardım etmək üçün Aİ-yə sədrlik dövründə olduğu üçün Avropa İttifaqı ölkələrinin səylərini koordinasiya edəcək. Mövlud Çavuşoğlu və Suriya ilə əlaqə yaradacağıq", - deyə o qeyd edib.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.