Zelenski də Türkiyəyə yardım təklif etdi - FOTO

 10:56 06.02.2023     264

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə xalqına və həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Redaktor.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

“Prezident Ərdoğana və türk xalqına, həmçinin zəlzələdə həyatını itirənlərin ailələrinə başsağlığı verir, bütün yaralılara tezliklə sağalmağı arzulayıram. Bu çətin vaxtda Türkiyə xalqının yanındayıq. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün əlimizdən gələni etməyə hazırıq”, - Zelenski bildirib.

Turan Altunbay