İlon Mask Türkiyəyə yardım təklif etdi
Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask güclü zəlzələnin yaratdığı dağıntıların aradan qaldırılması üçün Türkiyəyə yardım təklif edib.
Redaktor.az xəbər verir ki, o, Türkiyə hökumətinin razılığı ilə özünün “SpaceX” şirkətinin “Starlink” peyklərini Türkiyəyə göndərməyə hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, nəticədə 76 nəfər ölüb, 440 nəfər yaralanıb.