Zəlzələ daha üç ölkədə hiss olundu

 11:50 06.02.2023     342

Bu gün səhər Türkiyə və Suriyada baş verən güclü zəlzələdən sonra Livan, İordaniya və İsrail sakinləri təkanlar hiss ediblər.

Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, təkanların güclü olmadığı qeyd edilir.

Məlumata görə, Livanda zəlzələ təxminən 40 saniyə ərzində hiss olunub, çox sayda insan küçələrə çıxıb və avtomobillərlə binalardan uzaqlaşıb.

İsraildə isə zəlzələ ölkənin şimalında və mərkəzi hissəsində hiss olunub.

Qeyd olunur ki, İsrail Hava Limanları İdarəsi Ben Qurion hava limanından İstanbula uçuşların gecikdiyini bildirib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, Yunanıstan, Kipr, İraq və Misirdə də kiçik təkanlar qeydə alınıb.

Qeyd edək ki, Türkiyə və Suriyada güclü zəlzələ nəticəsində 300-dən çox insanın öldüyü bildirilir.

Həmidə İbrahimova