“NATO ölkələri Türkiyədəki zəlzələ ilə bağlı səfərbər olub” - Stoltenberq
“NATO ölkələri Türkiyədəki zəlzələ ilə bağlı səfərbər olub”.
Redaktor.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb.
O, Türkiyə ilə həmrəy olduqlarını bildirib:
“Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə əlaqə saxlayıram”.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb, 1710 bina dağılıb.