Türkiyədə bu hava limanları mülki uçuşları dayandırır

 12:27 06.02.2023     323

Ötən gecə baş verən zəlzələdən sonra Kahramanmaraş və Qaziantep hava limanları mülki uçuşlara xidmət göstərməyi dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay TRT telekanalının efirində bildirib.

"Hatay hava limanında problemlər var (enmə zolağı dağıdılıb - red). Kahramanmaraş və Qaziantep hava limanları mülki uçuşlar üçün bağlıdır. Onlar yalnız yardım üçün uçuşlara xidmət edir", - o deyib.

Oqtay Hatay hava limanının da bağlandığını qeyd edib.

Qeyd edək ki, NTV kanalı bu hava limanında uçuş-enmə zolağının zədələnməsinin görüntülərini yayımlayıb. Onların üzərində çatlar və örtüyün nasazlıqları, eləcə də zolağı perpendikulyar şəkildə keçən təxminən 1 m hündürlüyündə asfalt layı görünür. 

Turan İSMAYIL