Ərdoğan AFAD-ın qərargahına getdi
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) baş qərargahına gedib, zəlzələ bölgəsinə nəzarəti öz üzərinə götürüb.
Redaktor.az xəbər verir ki, o, bu barədə qurumun tviter səhifəsində bildirilib.
Məlumata görə, o, Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,4 bal gücündə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin koordinasiya etmək üçün AFAD-a rəhbərlik edəcək.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.