Rusiya zəlzələdən zərər çəkənlər üçün İrana yardım göndərəcək

 12:55 06.02.2023     228

Çərşənbə axşamı Rusiya yanvarın 28-də İranın şimal-qərbindəki Xoy şəhəri yaxınlığında baş vermiş zəlzələdən zərər çəkənlərə humanitar yardım göndərəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi Tasnim agentliyi Rusiyanın Tehrandakı səfirliyinə istinadən məlumat yayıb.

“Çərşənbə axşamı günü Xoy şəhəri yaxınlığında baş verən zəlzələdən zərərçəkənlər üçün Rusiyadan İrana yardım yükü göndəriləcək”, - agentlik adı açıqlanmayan diplomatdan sitat gətirib.

Xatırladaq ki, Cənubi Azərbaycanda baş verən zəlzələnin gücü 5,9 bal olub. Təbii fəlakətin episentri 175 min insanın yaşadığı Xoy şəhərindən 23 km cənub-şərqdə yerləşib. Qərbi Azərbaycan əyalətinin qubernatoru Məhəmməd Sadiq Motamediyanın sözlərinə görə, qurbanların sayı 1167 nəfərə çatıb.

İran Qızıl Aypara Cəmiyyətinin baş katibi Yaqub Süleymaninin sözlərinə görə, qurbanlara 7 minə yaxın çadır paylanıb, 30 müvəqqəti yaşayış düşərgəsi yaradılıb, burada insanlara yorğan, qızdırıcılar və yemək dəstləri verilir.

Qeyd edək ki, bundan öncə İran hakimiyyəti Türkiyənin zəlzələdən zərər görmüş Azərbaycan türklərinə yardım etmək təklifini rədd etmişdi.

Turan İSMAYIL